Sevinc Cəfərova: “Hər uşağın üzündəki təbəssüm mənim mükafatımdır”

Baş səhifə

Mən Sevinc Cəfərova 1979-cu ildə anadan olmuşam. İbtidai sinif müəllimi kimi 25 ildən artıqdır ki, fəaliyyət göstərirəm. Həyatım boyu “köçəri qızı” kimliyim mənə əməksevərlik, sadəqət və sadəlik qazandırıb. Bu illər ərzində həm sağlam, həm də xüsusi qayğıya ehtiyacı olan – əqli və fiziki çətinlikləri olan uşaqlarla çalışmışam. Mənim üçün müəllimlik sadəcə peşə deyil, həm də sevgi, səbr və ana kimi qayğı göstərməkdir. Uşaqlara yalnız bilik deyil, həyat dərsləri və insani keyfiyyətlər aşılmaq mənim üçün ən müqəddəs vəzifədir. İbtidai sinif müəllimi kimi onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynamaq mənim əsas məqsədimdir. İşlədiyim müddətdə heç bir uşaq mənim yanımdan naümid ayrılmayıb. Şagirdlərim müxətil olimpiyadalarda və məntiə yarışlarında yüksən nəticələr göstərərək uğurlar qazanıblar. Azərbaycan dili, riyaziyyat və məntiq fənlərini uşaqlara o qədər dərindən və sevgi ilə öyrətmişəm ki, bu biliklər onların yaddaşına həkk olunub. 7 il ” Azəri kursu”nda repetitor kimi fəaliyyət göstərmişəm. Hal-hazırda Sumqayıt şəhəri, 34 saylı tam orta məktəbdə müəllim kimi çalışır, həm də özümə məxsus olan tədris mərkəzində repetitorluq edirəm. Bundan başqa, bir müddət mətbəə sahəsində müəllif kimi də fəaliyyət göstərmişəm. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da dərin iş təcrübəm var. Onlara öz adlarını, soyadlarını yazmağı, tərcüməyi-hal formasında özlərini təqdim etməyi, riyazi misalları həll etməyi, gündəlik həyatda lazım olan bacarıqları sevgi və səbrlə öyrətmişəm. Bu uşaqlara insani kefyiyyətləri də aşılamaq mənim üçün prioritet olub. Uşaqlar üçün öz şəxsi evimdə, öz büdcəm hesabına, heç bir valideyndən maddi dəstək almadan tədbirlər təşkil etmişəm. Klounlar, oyunlar və digər maraqlı proqramlarla onların sevinclərini bölüşmüşəm. Onların üzündəki təbəssüm mənim üçün dünyanın ən böyük mükafatıdır. Mən Azərbaycan dili 9 kitabın müəllifiyəm. Kitablarımda açıq tipli çalışmalar, test tapşırıqları, oxuyub-anlama mövzular ilə yanaşı, milli atalar sözləri və tapmacalar da geniş yer vermişəm. Bu vəsaitlər uşaqların təhsilini asanlaşdırmaqla yanaşı, milli dəyərlərimizə bağlı olmalarını gücləndirir. Ən böyük xoşbəxtliyim odur ki, öz yazdığım bu vəsaitləri sevə-sevə uşaqlarıma işlədərək onların uğurlarına dəstək oluram. Onların adımı kitabın üzərində gördükdə duyduqları qürur və sevinc mənim üçün ən böyük mükafatdır. Mən özümü xoşbəxt müəllim hesab edirəm, çünki uşaqların dərin sevgisini qazanmışam. Bu sevgi mənə hər gün işimə daha böyük həvəs və enerji ilə davam etmək üçün güc verir.

Əlaqə nömrəsi: (+99455) 936 28 96

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir