İyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub

qerbı azerbaycan

İyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub.

IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. İştirakçılar Bakı, Sumqayıt, Ağstafa, Göyçay, Cəbrayıl, Naxçıvan, İsmayıllı, Cəlilabad, Qəbələ, Ağdam və Ucardan qatılıblar.

Naxçıvan Dövlət Universitetində təşkil olunan finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim edilib.

Olimpiadada 18 qalib (3 nəfər I, 6 nəfər II, 9 nəfər III yer) seçiləcək. Qaliblərin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.

WWW.QERBI-AZERBAYCAN.AZ

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir